"Qarabağ"da "zədə epidemiyası": Daha bir futbolçu sıradan çıxdı

"Qarabağ"da "zədə epidemiyası": Daha bir futbolçu sıradan çıxdı

"Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində sabah səfərdə “Elfsborq”ə qarşı ciddi itkilərlə oynayacaq.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun heyətində Aleksey İsayevlə Kevin Medinanın ardından Bəhlul Mustafazadə də sıradan çıxıb.

Oyunun məşqində zədələnən Bəhlul Mustafazadə komanda ilə İsveç səfərinə yollanmayıb.

Müdafiəçi bud arxa əzələsinin gərilməsi səbəbindən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

“Elfsborq” – “Qarabağ” görüşü dekabrın 12-dən 13-nə keçən gecə Bakı vaxtilə saat 00:00-da “Boras Arena”da keçiriləcək.