UEFA Avropa Liqası: "Qarabağ"ın daha 3 rəqibi meydana çıxacaq

UEFA Avropa Liqası: "Qarabağ"ın daha 3 rəqibi meydana çıxacaq

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin birinci turunda daha 9 görüş keçiriləcək.

Mediasport.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" səfərdə "Tottenhem"in qonağı olacaq.

"Köhlən atlar"ın rəqiblərindən "Malmö" Şotlandiya klubunu, FKSB Latviya təmsilçisini qəbul edəcək.

Digər rəqibimiz "Ayaks" isə "Beşiktaş"la üz-üzə gələcək.

Türkiyənin digər təmsilçisi "Fənərbağça" İstanbulda "Union Sent-Jiloaz"ı sınağa çəkəcək.

UEFA Avropa Liqası. Əsas mərhələ. 1-ci tur

26 sentyabr

20:45 "Fənərbağça" (Türkiyə) - "Union Sent-Jiloaz" (Belçika)

20:45 "Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)

23:00 "Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə)

23:00 "Roma" (İtaliya) - "Atletik" (İspaniya)

23:00 "Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail)

23:00 "Ayntraxt" (Frankfurt, Almaniya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00 FKSB (Rumıniya) - RFŞ (Latviya)

23:00 "Olimpik" (Lion, Fransa) - "Olimpiakos" (Yunanıstan)

23:00 "Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)