"Qarabağ"ın məşqçisi 5, oyunçusu 3 oyunluq diskvalifikasiya edildi
Azərbaycan millisinin sabiq üzvü, "Qarabağ"ın U-15 komandasının baş məşqçisi Rauf Əliyev cəzalandırılıb.
Mediasport.az xəbər verir ki, o, U-15 Liqasının "Turan Tovuz"la matçının 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
Gənc çalışdırıcı görüşün sonuna qədər hakimləri təhqir və təhdid etməyə davam etdiyi üçün 5 oyunluq diskvalifikasiya olunub. "Qarabağ" müstəsna hal olaraq, 500 manat cərimə edilib.
Ağdam təmsilçisinin futbolçusu Oqtay Mehrəliyev qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. O, 3 oyun diskvalifikasiya edilib.