"Qarabağ" futbol akademiyasının məşqçisi dünyasını dəyişdi - FOTO
"Qarabağ" klubunun akademiyasında qapıçılar üzrə məşqçi Ənvər Axundov vəfat edib.
Mediasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb:
"Qarabağ" Futbol Klubu Ənvər Axundovun vəfatından kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir" - deyə, paylaşımda qeyd olunub.
"Qarabağ"ın veteran futbolçusu olmuş Ə.Axundov 71 yaşında dünyasını dəyişib.