Qızlarımızın qələbə sevinci - VİDEO

Qızlarımızın qələbə sevinci - VİDEO

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının C qrupunda 2-ci oyununda qələbə qazanıb.

İlk matçda Bakıda Kipr seçməsi ilə 1:1 hesablı bərabərə qalan komandamız Monteneqro səfərində həmyaşıdlarından üstün olublar - 1:0.

Futbolçularımız paltardəyişmə otağında qələbəni Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş "Azərbaycan" mahnısının sədaları altında böyük coşqu ilə qeyd ediblər.