Ruslan Abışov millidəki ximətlərinə görə mükafatla təltif edilib

Ruslan Abışov millidəki ximətlərinə görə mükafatla təltif edilib

Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurmuş Ruslan Abışov təltif edilib.

Mediasport.az xəbər verir ki, veteran futbolçu İsveçlə oyundan öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi.

AFFA-nın baş katibi Sərxan Hacıyev milli komandamızın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, AVRO-2024-ün İsveçlə matçından öncə yığmamızın sabiq futbolçuları - Əfran İsmayılov, Rauf Əliyev, Riçard Almeyda və Elvin Məmmədov rəmzi mükafatla təltif olunublar.