"Sabah" Masazırdan köçdü!

"Sabah" Masazırdan köçdü!

"AZAL Arena" bir neçə illik fasilədən sonra öz qapılarını futbol komandasının üzünə açıb.

Mediasport.az "Sportinfo"ya istinadən xəbər verir ki, Şüvəlanda yerləşən arena artıq "Sabah"ın istifadəsindədir.

"Bayquşlar" Bakının o başından bu başına köçüb. Komanda bundan sonra məşqlərini Masazırda deyil, Şüvəlanda keçəcək.

"Sabah" bu məqsədlə stadionda ciddi yeniliklər edib. Süni qazon təbii ot örtüyü ilə əvəzlənib.

Paltardəyişmə otaqları təmir olunub, digər çatışmazlıqlar aradan qaldırılıb.

"AZAl Arena" 13 il əvvəl istifadəyə verilib. iki il ərzində tikilən qurğu 2016-cı ilədək eyniadlı klubun istifadəsində olub.

AZAL PFK 2016-cı ildə Premyer Liqada yerini itirəndən sonra fəaliyyətini dayandırıb. Növbəti 2 ildə isə "Şüvəlan" ev oyunlarını burada keçirib.

Kompleks AZAL Hava Konserninin balansındadır. "Sabah" buranı uzunmüddətli icarəyə götürüb.