Azərbaycan çempionu 2-ci mərhələdə "Bazel"lə qarşılaşacaq
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Sabah" klubunun rəqibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq ölkə çempionu İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq.
İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü noyabrın 6-da Bakıda baş tutacaq.
Cütün qalibi 3-cü raundda “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) matçlarının güclüsü ilə üz-üzə gələcək.