"Sabah"ın baş məşqçisi: "Bazel"lə oyunları səbirsizliklə gözləyirik"

"Sabah"ın baş məşqçisi: "Bazel"lə oyunları səbirsizliklə gözləyirik"

"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətini ilə oynayacağımızı deməliyəm".

Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Gənclər Liqasının pşükatması barədə danışan "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanagiç deyib.

Xorvatiyalı mütəxəssis Masazır klubuna rəqib olacaq "Bazel"in gənclərlə işə xüsusi önəm verən klub olduğunu bildirib:

"Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq həmin komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".

Xatırladaq ki, "Sabah" "Bazel"lə ilk oyunu 23 oktyabrda İsveçrədə keçirəcək. Cavab matçı 6 noyabrda Azərbaycanda baş tutacaq.