"Sabah"ın futbolçusu ayağını sındırdığı Denisi ziyarət etdi

 "Sabah"ın futbolçusu ayağını sındırdığı Denisi ziyarət etdi

"Sabah"ın futbolçusu Pavol Şafranko Azərbaycan Kubokunun 1/8 final matçında ayağının sınmasına səbəb olduğu "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçini ziyarət edib.

Mediasport.az xəbər verir ki, slovakiyalı hücumçu bununla bağlı sosial şəbəkə hesabında şəkil paylaşıb.

Forvard həmkarına şəfa arzulayıb: "Sənə tez sağalmağı arzulayıram, döyüşçü".

Xatırladaq ki, moldovalı müdafiəçi bir neçə gün əvvəl əməliyyat olunub, o, uzun müddət futbol oynaya bilməyəcək.