"Sabah futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq"

"Sabah futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq"

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 3-cü turunun Estoniya ilə oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, bu gün doğum gününü qeyd edən təcrübəli mütəxəssis futbolçularının qələbəsini hədiyyə kimi qəbul edəcəyini bildirib:

"Ad günümü təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. İnanıram ki, sabahkı matçda futbolçularımın qələbəsi mənə ad günü hədiyyəsi olacaq. Uzun illərdir ki, futbolun içərisindəyəm və baş məşqçi kimi fəaliyyət göstərirəm. Mənə işləməyimdə motivasiya verən səbəblər çoxdur. Azərbaycan millisində futbola marağın böyük olduğunu gördüm və bu səbəbdən burada işləmək mənə xoşdur".