Şahruddin GERİ DÖNDÜ

Şahruddin GERİ DÖNDÜ

3 aydan çoxdur zədəli olan "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev yaşıl meydanlara qayıdıb.

Mediasport.az xəbər verir ki, 30 yaşlı qolkiperin adı Premyer Liqanın 14-cü turunun bir qədər sonra "Səbail"lə keçiriləcək qarşılaşmasının iştirak əizəsinə salınıb.

Son dəfə adı protokolda ilk turda olmuş "Şah" Bayıl təmsilçisi ilə matçda ehtiyat skamyada oturacaq.

Ehtiyac yaranarsa, qokiperi meydanda görə bilərik. Qarşılaşma saat 17:00-da start götürəcək.

Xatırladaq ki, yığmamızın əsas üzvü 2024-cü ilin avqustunda - UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə Bakıdakı matçından öncə məşqdə əlindən zədələnərək sıradan çıxmışdı.