Şakira DÇ-2022-nin açılışında iştirakdan imtina etdi - SƏBƏB?
Dünya şöhrətli kolumbiyalı müğənni Şakira noyabrın 20-də Qətərdə start götürəcək Dünya Kubokunun açılış mərasimində iştirak etməyəcək.
mediasport.az xəbər verir ki, 44 yaşlı müğənni Qətərdə insan haqlarının pozulmasına əsas gətirərək DÇ-nin açılışına qatılmaq fikrindən üz çevirib.
Şakira Qətərdəki siyasi rejimi sərt tənqid edib. Bir müddət əvvəl digər məşhur müğənnilər - Dua Lipa və Rod Stüart da Qətərdə hakimiyyət rejimini tənqid edərək bu ölkədə insan haqlarının kobud şəkildən pozulmasını bildirmişdilər. Onların da Dünya çempionatının açılış mərasimində çıxış etməyəcəyi qeyd olunur.
"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike ilə qalmaqallı şəkildə ayrılan Şakira 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən Dünya Kubokunun açılışında "Waka Waka" mahnısını ifa edib, 2012-ci ildə isə Azərbaycanda 17 yaşadək qızlar arasında təşkil olunmuş Dünya çempionatının bağlanış mərasimində səhnə almışdı.