Saley Yay Paralimpiya Oyunlarını 1 "gümüş", 2 "bürünc"lə başa vurdu
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) bürünc medal qazanıb
Mediasport.az xəbər verir ki, o, 100 metr məsafəyə kəpənək üzmə üsulunda ümumi sıralamada üçüncü pillədə (58.16) qərarlaşıb.
Saley buna qədər 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında "gümüş", 100 metr məsafəyə sərbəst üzmə üsulunda "bürünc" qazanmışdı.