Sarayevodan 4 medal
Azərbaycan yığması Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirində 4 medal qazanıb.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, idmançılarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
Turnirin ilk günündə kişilər arasında -60 kq, -66 kq və -73 kq çəki dərəcələrində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. -66 kq çəkidə Ruslan Paşayev qızıl medal, Kamran Süleymanov bürünc medal əldə edib. -73 kq çəkidə final görüşündə iki cüdoçumuz İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Qızıl medala İbrahim Əliyev yiyələnib.
-60 k. çəkidə Rövşən Əliyev 5-ci, -66 kq çəkidə Tofiq Əliyev isə 7-ci yerlə kifayətlənib.