Şəhriyar Məmmədyarov 7-ci oldu
Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirinə yekun vurulub.
mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu - IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib.
Duel 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. 38 yaşlı qrossmeysterimiz bundan əvvəlki 3 görüşdə olduğu kimi, yenidən armageddonda uduzub.
Beləcə, Şəhriyar Məmmədyarov turniri 11 xalla 7-ci pillədə tamamlayıb.