ŞOK! Danışılmış futbol oyunlarına görə polis 34 nəfəri həbs etdi

ŞOK! Danışılmış futbol oyunlarına görə polis 34 nəfəri həbs etdi

İspaniya futbolu danışılmış oyunlarla gündəmə bomba kimi düşüb.

mediasport.az xəbər verir ki, Kadis şəhərində aparılan əməliyyatlardan sonra şübhəli bilinən 34 nəfər həbs edilib.

Tutulan şəxslər matçların nəticələrini manipulyasiya etməkdə və qanunsuz mərc oyunlarının təşkilində ittiham olunurlar.

Məlumata görə, aşağı liqa təmsilçisi "Konil de la Frontera" komandasının qapıçısı və müdafiəçilərindən biri qeyri-qanuni fəaliyyət göstərən bukmeker kontorları ilə iş birliyi qurub.

Həbs edilən 34 nəfərdən 6-sı üçüncü divizionda oynayan futbolçulardır.