Müller Ronaldu və Kasilyasın ÇL-dəki nailiyyətini təkrarlayıb

Müller Ronaldu və Kasilyasın ÇL-dəki nailiyyətini təkrarlayıb

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller UEFA Çempionlar Liqasında yubiley - 100-cü qələbəsini qazanıb.

Mediasport.az xəbər verir ki, 34 yaşlı hücumameylli futbolçu bununla analoji uğura nail olmuş 3-cü oyunçu kimi tarixə düşüb.

Almaniya yığmasının üzvünə qədər Kriştianu Ronaldu (115) və İker Kasilyas (101) ÇL-də 100 qələbəni rəsmiləşdirib.