"Tottenhem" "Qarabağ"la duelə bu futbolçularla başlayacaq - HEYƏT

"Tottenhem" "Qarabağ"la duelə bu futbolçularla başlayacaq - HEYƏT

Son Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin birinci turunda "Tottenhem"lə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, İngiltərə mətbuatı həmin qarşılaşmada London klubunun heyətdə dəyişikliklər edəcəyini yazıb.

"Çərçivə"ni Freyzer Forster qoruya bilər, ölkə çempionatında qapı Qulelmo Vikarioya tapşırılır.

Müdafiənin mərkəzində Ben Deyvis və Radu Draquşinin, sağ cinahda Arçi Qreyin, sol cinahda Destini Udoginin oynayacağı gözlənilir.

Yarımmüdafiədə Rodriqo Bentankur, Pape Matar Sarr və Lukas Berqvallın mübarizə aparağı ehtimal olunur.

Hücumun solunda Son Hın Minin, sağında Brennan Consonun, mərkəzində Dominik Solankenin qol axtarışında olacağı qeyd edilib.

"11-lik"də dəyişikliklərin edilməsinin səbəbi 3 gün sonra paytaxt klubunun səfərdə "Mançester Yunayted"lə qarşılaşması ilə əlaqələndirilib.

Xatırladaq ki, "Tottenhem" - Qarabağ" qarşılaşması bu gün 23:00-da baş tutacaq.