Azərbaycanı Türkiyədə yarışda ilk dəfə ata və oğul birlikdə təmsil edib

Azərbaycanı Türkiyədə yarışda ilk dəfə ata və oğul birlikdə təmsil edib

Türkiyənin Bələk şəhərində rəsmi “Ironman” seriyasının triatlon üzrə növbəti yarışı baş tutub.

Mediasport.az xəbər verir ki, ölkəni bu yarışda ən geniş heyətlə “Triterra Baku Triathlon” klubu təmsil edib.

Komandamızın 11 üzvünün hamısı məsafəni uğurla başa vuraraq, hədəflədikləri nəticəyə nail olublar.

Azərbaycan triatlon idmanı tarixində ilk dəfə olaraq, ölkəni təmsil edən ata və oğul - Fəxri və Qüdrət Əkbərovlar bir estafet cütlüyü olaraq beynəlxalq triatlon yarışında mübarizə aparıb.

Qeyd edək ki, “Ironman” yarışı idman aləminin ən ciddi və həyəcanverici növlərindən biridir. Bu, üç fərqli yarışı özündə birləşdirir: açıq suda üzgüçülük, uzun məsafəyə velosiped sürmək və marafon qaçışı. İştirakçılar nəhəng fiziki və psixoloji çətinliklərin öhdəsindən gələrək təkcə rəqibləri ilə deyil, həm də özləri ilə yarışırlar.