"Turan Tovuz"un ayağı sınan müdafiəçisi xəstəxanadan buraxıldı
Azərbaycan Kubokunun "Sabah"la matçında ayağı sınan "Turan Tovuz"un futbolçusu Denis Marandiçi evə buraxılıb.
Tovuz klubundan Mediasport.az saytına verilən məlumata görə, Bakıda əməliyyat olunan moldovalı müdafiəçi müalicəsini ev şəraitində davam etdirəcək.
Xatırladaq ki, Marandiçi görüşün ilk hissəsində Pavol Şafranko ilə toqquşa zamanı ağır zədə alıb.