Türkiyə Avropa çempionudur
Türkiyənin qadın voleybolçulardan ibarət millisi Avropa çempionu olub.
Mediasport.az xəbər verir ki, "ay-ulduzlu" komanda finalda Serbiya ilə qarşılaşıb.
Matça yaxşı başlamayan Türkiyə yığması geridönüş edərək ümumi hesabı bərabərləşdirib və tay-brekdə də qalib gələrək baş mükafatı qazanıb - 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13).
Beləliklə, Türkiyə millisi tarixində ilk dəfə Avropa çempionu olub. Komanda bunadək 2003 və 2019-cu illərdə qitə birinciliyinin həlledici görüşlərində məğlub olmuşdu.
Üçüncülük uğrunda duel isə Niderland və İtaliya komandaları arasında baş tutub. "Zanbaqlar ölkəsi" 3:0 hesablı qələbə ilə bürünc medallara sahib çıxıblar.