Türkiyə ermənilərlə bacarmayıb, Gürcüstan yığması 7 qol buraxıb

Türkiyə ermənilərlə bacarmayıb, Gürcüstan yığması 7 qol buraxıb

AÇ-2024-ün seçmə qrup mərhələsinin 5-ci turunun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, dünən daha 7 qarşılaşma baş tutub.

D qrupunda yer alan Türkiyə yığması doğma azarkeşləri qarşısında Ermənistanın müqavimətini qıra bilməyib.

A qrupunun əsas favorit komandası İspaniya isə Tbilisidə Gürcüstan yığmasının daşını-daş üstdə qoymayıb.


AÇ-2024. Seçmə qrup mərhələsi. 5-ci tur


A qrupu

Gürcüstan - İspaniya 1:7

Kipr - Şotlandiya 0:3

Xal durumu: Şotlandiya - 15, İspaniya - 6, Gürcüstan - 4, Norveç - 4, Kipr - 0.


D qrupu

Türkiyə - Ermənistan 1:1

Xorvatiya - Latviya 5:0

Xal durumu: Türkiyə - 10, Xorvatiya - 7, Ermənistan - 7, Uels - 4, Latviya - 0.


J qrupu

Slovakiya - Portuqaliya 0:1

Bosniya və Herseqovina - Lixtenşteyn 2:1

Lüksemburq - İslandiya 3:1

Xal durumu: Portuqaliya - 15, Slovakiya - 10, Lüksemburq - 10, Bosniya və Herseqovina - 6, İslandiya - 3, Lixtenşteyn - 0.