Türkiyədə əməliyyat olunan PFL-in prezidentinin son durumu açıqlanıb
Türkiyədə əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu məlum olub.
Mediasport.az xəbər verir ki, bu haqda PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Qurumun sözçüsü Səmədovun ən azı 1 ay Türkiyədə qalacağını söyləyib:
"Elxan müəllim qolundan, ayağından və səhv etmirəmsə, çanaq sümüyündən əməliyyat olunub. Ümumi vəziyyəti normaldır. Bərpa dövrü bir müddət çəkəcək. Azərbaycana qısa zamanda qayıdacağını düşünmürəm".
Abdullayev PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin səhhəti ilə bağlı bunları deyib:
"Durumu yaxşıdır, fizioterapiya müalicəsi alır. Bayram günlərində xəstəxanada olacaq".
Xatırladaq ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan digər əməkdaşları - icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev bir müddət öncə evə buraxılıblar.