Azarkeşlərin 80 faizi "Qarabağ"a inanır - UEFA-da SƏSVERMƏ
UEFA-nın rəsmi saytında Avropa Liqasının əsas mərhələsinin 6-cı turunun oyunları ilə bağlı səsvermə keçirilir.
Mediasport.az xəbər verir ki, İsveçdə baş tutacaq "Elfsborq" - "Qarabağ" qarşılaşması ilə bağlı sorğuda iştirak edən azarkeşlərin böyük əksəriyyəti Azərbaycan çempionunun qələbə qazanacağına səs verib.
Qurban Qurbanovun komandasının qələbə şansı 80 faiz qiymətləndirilib. Respondentlərin hələlik 15 faizi İsveç klubuna üstünlük verib, yerdə qalanlar heç-heçə olacağı qənaətindədir.
Sorğu davam edir.
Xatırladaq ki, matç dekabrın 12-dən 13-nə keçən gecə Bakı vaxtilə saat 00:00-da başlanacaq.