Ukraynalı futbolçulardan Fransa prezidentinə məktub - Paris-2024
Ukraynanın gənclərdən ibarət futbol komandasının oyunçuları rusiyalıların Paris-2024 Yay Olimpiya Oyunlarına buraxılmaması ilə bağlı Fransa rəsmilərinə məktub yazıblar.
Mediasport.az xəbər verir ki, onlar məktubu Fransanın prezidenti Emmanuel Makrona, idman naziri Amelie Odea-Kasteraya, Paris şəhərinin meri Anne Hidalqoya və Yay Olimpiya Oyunlarının təşkilatçılarına ünvanlayıblar.
Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında verilən məlumata əsasən, Rusiyanın 6, Belarusun isə 5 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi rusiyalı və belarusiyalı idmançıların Fransa keçiriləcək oyunlara buraxılması ilə bağlı qərar verdiyini açıqlamışdı.
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil ediləcək.