Vinisiusun əslən braziliyalı olmadığı dəqiqləşdi - RƏSMİ

Vinisiusun əslən braziliyalı olmadığı dəqiqləşdi - RƏSMİ

Braziliyalı milli komandasının hücumçusu Vinisius Juniorun DNT testinin nəticəsi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 24 yaşlı vingerin Kamerun kökənli olduğu ortaya çıxıb.

Madrid "Real"ının üzvünə kamerunlu olduğunu təsdiqləyən rəsmi sertifikat DÇ-2026-nın seçmə mərhələsinin Uruqvayla görüşündən əvvəl təqdim edilib.

Xatırladaq ki, "sambaçı" 2000-ci ildə Braziliyanın Rio de Janeyro ştatının Sau Qonsalu bölgəsində anadan olub.

2018-ci ildən "kral klubu"nda çıxış edən "Flamenqu"nun yetirməsi Braziliyanın U-15, U-17, U-20 yığmalarının, 2019-cu ildən əsas millisinin formasını geyinir.