"Yeni çempionatda sırf yerli oyunçularla çıxış edəcəyik"
Sabah Yüksək Liqada yeni – 2023-2024-cü illər mövsümünə start veriləcək.
Mediasport.az xəbər verir ki, CBC Sport-la canlı yayımlanacaq açılış matçında ötən çempionatın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” qarşılaşacaq.
Matç saat 14:00-da start götürəcək.
Komandanın mövsümə hazırlığı barədə “Baku Fire”in baş məşqçisi Teymur Eyvazov fikirlərini paylaşıb:
“Komanda çempionatın ilk oyununa hazırdır. Oyunöncəsi son məşqimizi də keçirdik. Heyətimizdə dəyişikliklər olub. Ötən mövsüm legionerlərimiz var idi, yeni çempionatda isə sırf yerlilərlə çıxış edəcəyik. Əcnəbiləri yola saldıq, əvəzində 3 yerli oyuncu dəvət etdik. Komandaya qoşulan oyunçuların hər birinə böyük inamımız var. Onlar da kollektivə tez uyğunlaşdılar. Əlbəttə, “Neftçi”İK ilə oyun bizim üçün asan keçməyəcək. “Çünki rəqibimiz bu çempionatın iddialılarındandır. Heyətlərində güclü yerli və əcnəbi oyunçular var. Diqqətli olmalıyıq”.