Yığma komandamızın qapıçısı Fransa klubu ilə müqaviləni pozdu - FOTO
Futbol üzrə Azərbaycanın U-21 milli komandasının qapıçısı Eldar Tağızadə "Klermon"la vaxtından əvvəl vidalaşıb.
MediaSport.az xəbər verir ki, Fransa klubunun 20 yaşlı qolkiperi sosial şəbəkə hesabında ayrılıq paylaşımı edib.
Gənc futbolçu komandasına təşəkkürünü bildirib: "Vidalaşmağın vaxtıdır. Mənə klubda oynamaq imkanı verdiyiniz üçün, eləcə də, burada öyrəndiklərim üçün sizə təşəkkür edirəm. "Klermon"da keçirdiyim vaxtdan çox həzz aldım və komandanın heyətində keçirdiyim oyunlar, vaxtlarla bağlı xoş xatirələrim oldu. İnkişaf etməyimə kömək edən bütün insanlara da təşəkkürümü bildirirəm. Kluba və onun tərəfdarlarına gələcəkdə uğurlar arzulayıram".
Tağızadə anlaşmanın hansı formada pozulduğunu açıqlamasa da, qeyd edək ki, "Klermon"la 2024-ci ilin yanvarına qədər müqaviləsi vardı. O, 2021-ci ildə 3 illik razılaşmaya qol çəkmişdi.