Yığma Türkiyəyə gedir
Ağır atletika üzrə yığmamız Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək
mediasport.az xəbər verir ki, noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
Yarışda 20-yə yaxın ölkədən 100-dən çox atlet çıxış edəcək. Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlarda Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdə isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.