Azərbaycan yığmasının sabiq üzvü bu klubun baş məşqçisi qoyulub

Azərbaycan yığmasının sabiq üzvü bu klubun baş məşqçisi qoyulub

Şəhriyar Məmmədovla yollarını ayıran "Araz Saatlı"nın yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Mediasport.az saytına verilən məlumata görə, Aran təmsilçisini Azərbaycan yığma komandasının keçmiş futbolçusu Rüfət Quliyev çalışdıracaq.

1-ci Liqada keçirdiyi 4 oyunun hamısında uduzan bölgə klubu 50 yaşlı mütəxəssislə əl sıxışıb.

Futbolçu kimi “Xəzri” (Buzovna), “Qarabağ”, “Şəfa”, “İstiqlal” və “Sənət Neft”də (İran) oynamış Quliyev məşqçilik dönəmində “Gənclərbirliyi” (köməkçi məşqçi), “Neftçi” (U-17, baş məşqçi), “Kəpəz” (köməkçi məşqçi), “Ağsu” (baş məşqçi), “Səbail” (U-17, baş məşqçi) klublarında çalışıb.

O, 1997-2002-ci illərdə Azərbaycan millisinin heyətində 27 oyun keçirib.