Zöhrab Gözəlbəyli Çelenc Kubokunda supervayzer olacaq
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/16 final matçının supervayzeri olacaq.
Federasiya rəsmisi noyabrın 21-də “Xarı Bülbül" (Şuşa) və Yunanıstanın “Panatinaikos” komandaları arasında Bakıda keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.
Görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Jelena Mitroviç olacaqlar.