9-cu tura yekun vurulub, "Zirə" liderliyini möhkəmləndirib
Minifutbol üzrə Azərbaycan çempionatında 9-cu tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə 4 matç baş tutub.
Heyətinin çox oyunçusu Azərbaycanın əsas futbol millisinin veteran üzvləri olan “İnter” turu 3 xalla başa vurub.
"Abşeron"u məğlub edən “Baku Fire” mövsümdə ilk qələbəsini qazanıb.
"Zirə" maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Son çempion "Birbaşa" və "Odlar Yurdu" 7 qələbə sayəsində 21 xalla 2-3-cü yerləri bölüşdürürlər.
Azərbaycan çempionatı. 9-cu tur
7 fevral
“Dinamo Gəncə” – “Sumqayıt” 2:4
“Qalaxy Baku” – “Dirçəliş” 4:2
“Atəşgah Suraxanı” – “İnter” 5:6
“Baku Fire” – “Abşeron” 4:1
6 fevral
"Siyəzən" - "Turan" 2:3
"Zirə" - "Birbaşa Bakı" 4:1
"Real Bakı" - "Odlar Yurdu" 3:6
"Veteran" - "Aznur" 4:8