Azərbaycanda uğursuz olan baş məşqçi yenə istefaya göndərildi

Azərbaycanda uğursuz olan baş məşqçi yenə istefaya göndərildi

2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrına qədər "Sumqayıt"ın baş məşqçisi olmuş Aleksey Baqa Rusiyanın 1-ci Liqa klubu "Sokol"dan ayrılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanda uğur qazana bilməyən belaruslu mütəxəssis Saratov təmsilçisindən də qeyri-qənaətbəxş nəticələrə görə yola salınıb.

Ötən ilin dekabrından Baqanın rəhbərliyi altında olan "Sokol" cari mövsüm 16 turdan sonra 19 xalla 19-cu pillədə qərarlaşıb və liqanın düşmə zonasında yer alıb.