"Ümid edirəm ki, bu formanı hələ uzun müddət geyinə biləcəyəm"

 "Ümid edirəm ki, bu formanı hələ uzun müddət geyinə biləcəyəm"

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro Futbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi yığmadakı oyun sayını 50-yə çatdırmasından danışıb.

Ağdam klubunun əsas üzvü millidə uzun müddət forma geyinmək arzusunda olduğunu deyib:

"Bəli, İslandiya ilə yubiley oyununa çıxdım. Bir vaxtlar millidə 50 oyun keçirəcəyimi ağlıma gətirə bilməzdim. Üstəlik mənim cəmi 29 yaşım var. Ümid edirəm ki, bu formanı hələ uzun müddət geyinə biləcəyəm".

Yankoviç 2016-cı ildən Monteneqronun əsas komandasında oynayır.