Tennisçilərimiz Çinə yollandılar
Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, seçmə komandamızın heyətində Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.
Təlim-məşq toplanışları noyabrın 27-də yekunlaşacaq.