"Onunla bağlı çox danışılır, bərkiməlidir, üzərində işləməlidir"

"Onunla bağlı çox danışılır, bərkiməlidir, üzərində işləməlidir"

"Çətin olacağını bilirdik. "Kəpəz" son oyunlarda yaxşı çıxış edirdi. Çempionatda yaranmış fasiləyə görə komanda da oyun ritmindən düşmüşdü".

Mediasport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turunun "Kəpəz"lə matçını dəyərləndirib:

"İdeal oynamasaq da, qələbə qazanmaq üçün hər şeyi etdik. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Oyuna köklənmək baxımından sıxıntımız yoxdur, sadəcə, bəzi futbolçularımız bu müddətdə komandadan kənarda qalmışdı. Qapıçımız Kristian Avram gecə komandaya qoşuldu. Bunlarla bərabər, "Kəpəz"i də unutmaq olmaz. 

Üzərimdə təzyiq hiss etmirəm. Əgər mən təzyiq hiss etmirəmsə, futbolçularım da bunu hiss etməyəcəklər. 

Urfan Abbasov özünü narahat hiss etdiyinə görə Tovuza gətirmədik. Zədəli deyil, süni meydana buraxmaq baxımından ehtiyat etdik. Mustafaya gəldikdə, məncə, onunla bağlı çox danışılır. Bu futbolçu bərkiməlidir, üzərində çox işləməlidir".

Xatırladaq ki, Naxçıvan təmsilçisi Gəncə klubuna 1:0 hesabı ilə qalib gəlib.