"Qarabağ" və "Neftçi"li futbolçular oynadılar, Monteneqro yığması evdə Türkiyə millisinə qalib gəldi

"Qarabağ" və "Neftçi"li futbolçular oynadılar, Monteneqro yığması evdə Türkiyə millisinə qalib gəldi

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, 6-cı tur çərçivəsində üçüncü oyun gününə 9 matç keçirilib.

Milli komandamız Solna səfərində İsveçə uduzub və D Liqasına yuvarlanıb.

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun millisi Monteneqro Türkiyəni məğlub yola salıb.

Ağdam klubunun üzvü 90 dəqiqə oynayıb və 23-cü dəqiqədə sarı vərəqə alıb. Kuç isə meydana 69-cu dəqiqədə daxil olub.


UEFA Millətlər Liqası. 6-cı tur


A Liqası. 3-cü qrup

Macarıstan - Almaniya 1:1

Bosniya və Herseqovina - Niderland 1:1

Xal durumu: Almaniya - 14, Niderland - 9, Macarıstan - 6, Bosniya və Herseqovina - 2

B Liqası. 1-ci qrup

Çexiya - Gürcüstan 2:1

Albaniya - Ukrayna 1:2

Xal durumu: Çexiya - 11, Ukrayna - 8, Gürcüstan - 7, Albaniya - 7

B Liqası. 4-cü qrup

Uels - İslandiya 4:1

Monteneqro - Türkiyə 3:1

Xal durumu: Uels - 12, Türkiyə - 11, İslandiya - 7, Monteneqro - 3

C Liqası. 1-ci qrup

Slovakiya - Estoniya 1:0

İsveç - Azərbaycan 6:0

Xal durumu: İsveç - 16, Slovakiya - 13, Estoniya - 4, Azərbaycan - 1

D Liqası. 2-ci qrup

Malta - Andorra 0:0

Xal durumu: Moldova - 9, Malta - 7, Andorra - 1