"İki fərqli hissə oynadıq"

"İki fərqli hissə oynadıq"

"Komandamıza dəstəyə görə Gəncə azarkeşlərinə təşəkkür edirəm. Bizi final fitinə qədər dayanmadan dəstəklədilər".

Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turunun "Araz-Naxçıvan"la görüşü haqda fikirlərini bölüşüb:

"Tovuzlu azarkeşlərə də minnətdarlığımı çatdırıram. Matça gəlincə, iki fərqli hissə oynadıq. İlk yarıda istədiklərimiz alınmırdı. Bəzi dəyişikliklər etdik. Birinci hissənin təhlili ikinci 45 dəqiqədə bəhrəsini verdi. Sadəcə olaraq qol vura bilmədik".

Xatırladaq ki, Gəncə klubu 0:1 hesabı ilə uduzub.