DÇ-2026-nı qazanmağa əsas favoritlərin adları açıqlandı
Nüfuzlu “Goal” portalı 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının favoritlərini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Dünya Kubokunu qazanmağa əsas namizəd İspaniya yığması hesab olunub.
Xatırladaq ki, mundial ilk dəfə 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
DÇ-2026 tarixdə 48 komandanın iştirak edəcəyi ilk yarış olacaq.
DÇ-2026. Favoritlərin "10-luğ"u
1. İspaniya
2. Argentina
3. Almaniya
4. İngiltərə
5. Fransa
6. Portuqaliya
7. İtaliya
8. Niderland
9. Kolumbiya
10. Braziliya