Mahirin məhsuldar ötürməsi yetərli olmadı, "Nürnberq" səfərdə uduzdu

Mahirin məhsuldar ötürməsi yetərli olmadı, "Nürnberq" səfərdə uduzdu

"Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasının 13-cü turunun açılış matçında "Paderborn"la qarşılaşıb.

Mediasport.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin start heyətdə başladığı və sona qədər oynadığı matçda komandası səfərdə uduzub (2:3).

Meydan sahibləri əsas vaxtın sonuna əlavə edilən 6-cı dəqiqədə vurduqları qolla sevinən tərəf olublar. Mahir 8-ci dəqiqədə komandasının ilk qolunun məhsuldar ötürməsini edib.

Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv hazırda çempionatın turnir cədvəlində 18 xalla 8-ci pillədə qərarlaşıb.