Millimiz bürünc medal qazandı
Azərbaycan Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRİCS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında daha 1 medal qazanıb.
Mediasport.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət komandamız 3-cü yeri tutub.
Sevil Bünyatova, Valeriya Bolşakova, Valentina Zeynalova və Fərəh Abbasovadan ibarət milli ilk görüşdə Hindistanı 45:23 hesabı ilə üstələsə də, yarımfinalda turnirin qalibi Rusiya yığmasına 19:45 hesabı ilə uduzub.
Komandamız bürünc medal uğrunda dueldə Belarusa 45:30 hesabı ilə qalib gəlib.