Milli komandamız və "Neftçi"nin keçmiş üzvü "İnter"də - VİDEO

Milli komandamız və "Neftçi"nin keçmiş üzvü "İnter"də - VİDEO

Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq qapıçısı Hüseyn Məhəmmədov karyerasını minifutbolda davam etdirəcək.

Mediasport.az xəbər verir ki, yeddiqat Azərbaycan çempionu "İnter"ə keçib.

Hüseyn Məhəmmədov, həmçinin, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçılar üzrə məşqçisidir.