AFFA Heydər Əliyevin 100 illiyinə həsr olunmuş mini turnir keçirəcək

AFFA Heydər Əliyevin 100 illiyinə həsr olunmuş mini turnir keçirəcək

Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini turnir keçiriləcək.

mediasport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə 10 komanda iştirak edəcək: AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar.

Komandalar 2 qrupa bölünəcək. Hər qrupda 5 komanda mübarizə aparacaq. Qruplarda birinci yeri tutan komandalar arasında turnirin qalibini müəyyənləşdirmək üçün final oyunu keçiriləcək.

Turnirə saat 16:30-da start veriləcək. Final oyunu saat 20:00-da başlayacaq. Oyunlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək. Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.