"Qalatasaray" ingilisləri qəbul edir, "Fənərbağça" Niderland sınağında

"Qalatasaray" ingilisləri qəbul edir, "Fənərbağça" Niderland sınağında

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın Norveçdə meydana çıxacağı gündə Türkiyə klublarından "Qalatasaray" təmsilçimizi ilk turda məğlub edən "Tottenhem"lə üz-üzə gələcək.

"Fənərbağça" Niderlandda AZ ilə qarşılaşacaq.

"Köhlən atlar"ın digər rəqiblərindən "Olimpiakos" "Reyncers"lə, FKSB "Midtyulland"la, "Elfsborq" "Braqa" ilə, "Olimpik" (Lion) isə "Hoffenhaym"la gücünü sınayacaq.

Turnirin favoritlərindən "Mançester Yunayted" PAOK-u İngiltərədə sınağa çəkəcək.

UEFA Avropa Liqası. Əsas mərhələ. 4-cü tur

21:45 "Budö Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan)

21:45 "Union" (Belçika) - "Roma" (İtaliya)

21:45 "Olimpiakos" (Yunanıstan) - "Reyncers" (Şotlandiya)

21:45 "Nitsa" (Fransa) - "Tvente" (Niderland)

21:45 "Ludoqorets" (Bolqarıstan) - "Atletik" (İspaniya)

21:45 "Qalatasaray" (Türkiyə) - "Tottenhem" (İngiltərə)

21:45 FKSB (Rumıniya) - "Midtyulland" (Danimarka)

21:45 "Elfsborq" (İsveç) - "Braqa" (Portuqaliya)

21:45 "Ayntraxt" (Frankfurt, Almaniya) - "Slaviya" (Çexiya)

00:00 "Ayaks" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)

00:00 "Viktoriya" (Plzen, Çexiya) - "Real Sosyedad" (İspaniya)

00:00 "Hoffenhaym" (Almaniya) - "Olimpik" (Lion, Fransa)

00:00 RFŞ (Latviya) - "Anderlext" (Belçika)

00:00 "Mançester Yunayted" (İngiltərə) - PAOK (Yunanıstan)

00:00 "Latsio" (İtaliya) - "Portu" (Portuqaliya)

00:00 "Dinamo" (Kiyev, Ukrayna) - "Ferensvaroş" (Macarıstan)

00:00 AZ (Niderland) - "Fənərbağça" (Türkiyə)