"Fiziki yorğunluq komandaya təsir etdi" - Məğlubiyyətin şərhi

"Fiziki yorğunluq komandaya təsir etdi" - Məğlubiyyətin şərhi

“Təəssüf ki, fiziki yorğunluq komandaya təsir etdi. Rəqib bizi məhz bu cəhətdən üstələdi”.

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis 2027-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda İsveçrə yığması ilə keçirilmiş matçı şərh edib.

O, 55:85 hesablı məğlubiyyət barədə bunları qeyd edib:

"Heyətdə zədəli oyunçuların olması komandanın oyununa təsir etdi. Amil Həmzəyev və Ender Poladxanlının olmaması hiss olundu.

Lakin komandamız meydana həqiqətən də qələbə əzmi ilə çıxmışdı.

Rəqibin təcrübəsi bizdən üstün çıxış etməsinə şərait yaratdı. Azərbaycan millisində təcrübəli simalar var, lakin İsveçrə seçməsindəki kimi deyil. Heyətimizdə olan gənc basketbolçularda potensial görürəm. Onlara çox inanıram”.