Azərbaycan gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
Azərbaycan gimnastları Türkiyənin Antalya şəhərində keçiriləcək "Challenge" seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, milli komandanın məşqçiləri Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova qüvvəsini sınayacaq.
Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.
Bu gün start götürəcək Dünya Kubokuna martın 31-də yekun vurulacaq.