Misirdəki Dünya Kubokunda 4 idmançımız mübarizə aparacaq

Misirdəki Dünya Kubokunda 4 idmançımız mübarizə aparacaq

Aprelin 28-30-da Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçiriləcək.

mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının heyətində Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova çıxış edəcəklər.

Qahirədə təşkil ediləcək turnir Dünya Kubokunun dördüncü mərhələsi olacaq.