Tərtərdə bədii gimnastika üzrə ölkə birinciliyi start götürüb - VİDEO

Tərtərdə bədii gimnastika üzrə ölkə birinciliyi start götürüb - VİDEO

Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 29-cu Azərbaycan birinciliyi başlayıb.

Mediasport.az xəbər verir ki, iki gün davam edəcək yarışda müxtəlif idman klublarından 130 idmançı mübarizə aparacaq.

Gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il, 2011 təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcəklər. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedəcək.

Yarışa Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), "Ocaq Sport" Klubu, "Ocaq Sport" Klubunun Hövsan və Zaqatala bölmələri, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi, "Grasiya" İdman Klubundan olan idmançlar qatılıb.