Azərbaycan təmsilçiləri Bəhreynin paytaxtı Manamada fərqləndilər

Azərbaycan təmsilçiləri Bəhreynin paytaxtı Manamada fərqləndilər

Bəhreynin paytaxtı Manama şəhərində Gimnaziada İdman Oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, paraüzgüçümüz Əli Vəliyev 200 metr sərbəst üsulda 644 xalla gümüş medal qazanıb.

Azərbaycanın aerobika komandasının üzvü Məryəm Topçubaşova fərdi yarışda 3-cü olub.

Cüdoda Məhəmməd Rüstəmli (55 kq) çempion olub, Anar Quliyev (50 kq) gümüş, Rüstəm Qasımzadə (55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov, Fəxri Sahibzadə (hər ikisi 66 kq) və Gülgəz Musayeva (48 kq) bürünc mükafata yiyələniblər.

Gimnaziadada 71 ölkədən məktəblilər iştirak edir. Azərbaycan bu yarışda 16 idman növü üzrə 160 idmançı ilə təmsil olunur.